Dünya

Türkiyə bu bölgədə təlimlər keçirəcək

16 Oktyabr 2023 08:33
Baxış: 670
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Hərbi Dəniz Qüvvələri ABŞ-nin daha əvvəl Fələstin-İsrail münaqişəsi ilə bağlı iki hərbi gəmi göndərdiyi Şərqi Aralıq dənizində hərbi təlimlər keçirməyi planlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təlimlər oktyabrın 16-dan 20-dək baş tutacaq.

Bundan əlavə, oktyabrın 23-dən 27-dək Şimali Kipr Türk Respublikasının hərbçiləri ilə birgə təlimlər keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl ABŞ Donanması Komandanlığı "Duayt Eyzenhauer" təyyarədaşıyıcısının Şərqi Aralıq dənizinə yola düşdüyünü və burada "Cerald Ford" təyyarədaşıyıcısına qoşulacağını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.