Dünya

ABŞ-dən İrana: Əgər bu işdə əlin varsa...

11 Oktyabr 2023 08:07
Baxış: 1 561
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Fələstin-İsrail münaqişəsində əli olduğu məlum olarsa, ABŞ Qətər bankında saxladığı İranın 6 milyard dollarını istənilən vaxt yenidən dondura bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Mən burada heç bir siyasi qərar elan etmək fikrim yoxdur, lakin bu pul dondurula bilər", - Kirbi deyib.

Kirbinin sözlərinə görə, sözügedən məbləğin transferi istənilən vaxt dayandırıla bilər.

Eyni zamanda o, bu vəsaitin indiyədək bir sentinin belə xərclənmədiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ və İran arasında əsir mübadiləsi ilə bağlı razılaşma daxilində İranın Cənubi Koreyada dondurulan vəsaitinin blokdan çıxarılmasına qərar verilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory