Dünya

Netanyahu: İsrail Yaxın Şərq regionunu dəyişdirəcək

9 Oktyabr 2023 18:56
Baxış: 1 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Yaxın Şərq regionunu dəyişdirəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin cənubundan olan yerli siyasətçilərlə görüşündə deyib.

"Mən bilirəm ki, siz çətin və dəhşətli şeylərdən keçmisiniz. HƏMAS-ın üzləşəcəyi isə daha çətin və dəhşətli olacaq. Biz artıq döyüşün ortasındayıq və bu, bir başlanğıcdır", - Netanyahu bildirib.

Baş nazir İsrail rəsmilərinə göstərdikləri dözümə və cəsarətə görə təşəkkür edib. O qeyd edib ki, qarşıdan gələn döyüş zaman alacaq.

"Sizdən güclü olmanızı xahiş edirəm, çünki biz Yaxın Şərqi dəyişdirəcəyik", - Baş nazir vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.