Dünya

İsrail Qəzzanı tam blokadaya alır - Əmr verildi

9 Oktyabr 2023 15:48
Baxış: 1 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Qəzzanı tam blokadaya alır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qalant bununla bağlı əmr verib.

"Qəzzanın tam blokadaya alınması ilə bağlı əmr vermişəm. Oraya nə elektrik enerjisi, nə ərzaq, nə də qaz təchizatı olacaq. Hər şey bağlıdır", - deyə nazir qeyd edib. 

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda hər iki tərəf arasında döyüşlər davam edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.