Dünya

Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2 400 nəfərə çatıb

8 Oktyabr 2023 23:39
Baxış: 1 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oktyabrın 7-də Əfqanıstanın qərbində baş vermiş zəlzələ qurbanlarının sayı artaraq 2 400 nəfəri ötüb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı "TOLO News" telekanalı "Taliban" hərəkatının yaratdığı Əfqanıstan hökumətinin rəsmisinə istinadən yayıb.

Müvəqqəti Əfqanıstan hökumətinin Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin sözçüsü Məhəmməd Canan Saikin sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 2400-dən çox olub, azı 2 000 nəfər yaralanıb.

Saik daha əvvəl zəlzələ qurbanlarının sayının 9 240 nəfərə yaxın olduğunu bildirsə də, sonradan bu məlumat təkzib edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.