Dünya

Əfqanıstanda dəhşətli zəlzələ - qurbanların sayı 2445-ə çatıb - YENİLƏNİR - FOTO

9 Oktyabr 2023 10:00
Baxış: 2 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanın qərbində və qonşu əyalətlərdə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 2 445 nəfərə çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Heratdan "Sinxua" agentliyi məlumat yayıb.

Herat əyalətinin Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin direktoru Mavlavi Aşarinin sözlərinə görə, ən çox zərər çəkmiş ərazi Herat rayonunda 13 kənd tamamilə dağılıb.

Çinin Seysmoloji Mərkəzinin məlumatına görə, şənbə günü Əfqanıstanda 6,2 bal gücündə iki zəlzələ baş verib.

------

18:20


Oktyabrın 7-də Əfqanıstanın qərbində baş vermiş zəlzələ qurbanlarının sayı artıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Müvəqqəti Əfqanıstan hökumətində Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin sözçüsü Məhəmməd Canan Saikin sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 2400-dən çox olub, ən azı 2000 nəfər yaralanıb.

--------

10:15


Əfqanıstandakı qərbindəki zəlzələ nəticəsində həlak olanların sayı 2100 nəfəri keçib.

Milli.Az bildirir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. 

Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2100-ü ötüb, 9 000-dən çox insan yaralanıb.

-------

09:35


Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1 000-i ötüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə AFP "Taliban" hökumətinin nümayəndəsi Bilal Kərimi istinadən bildirib.

"Təəssüf ki, qurbanların sayı böyükdür... Ölənlər 1 000-dən çoxdur", - o deyib.

Xatırladaq ki, oktyabrın 7-də yerli vaxtla saat 11:00 radələrində Əfqanıstanın Herat şəhərindən 40 km qərbdə 6,3 maqnitudalı zəlzələ olub. Təbiət hadisəsi qonşu Badqis və Fərəh əyalətlərində də hiss olunub. ABŞ Geoloji Xidmətinin verilənlərinə görə, ilk zəlzələdən sonra 5,9 və 5,5 maqnitudalı daha bir neçə təkan baş verib.

-----

09:17


Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 500 nəfəri keçib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Əfqanıstanın qərbində 6,3 maqnitudalı iki zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsindı ölən və yaralananların sayı min nəfəri keçib.

Şənbə günü Əfqanıstanın Herat əyalətində güclü zəlzələ baş verib. Tələfat və dağıntılara səbəb olan yeraltı təkanlar Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi tərəfindən qeydə alınıb.

Zəlzələnin episentri Herat şəhərindən 40 km şimal-qərbdə yerləşib və ondan sonra bir neçə yeraltı təkanlar baş verib.

Son məlumatlara görə, təbii fəlakət azı 120 nəfərin həyatına son qoyub, minə yaxın yerli sakin isə xəsarət alıb. Qurbanlar arasında çoxlu sayda qadın, qoca və uşaqlar da var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.