Dünya

75 minə yaxın tibb işçisi etiraz edərək işdən çıxdı

6 Oktyabr 2023 20:15
Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-də 75 minə yaxın tibb işçisi maaşlarının aşağı olması səbəbindən etiraz edərək işdən çıxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, etirazçıların hamısı təxminən 13 milyon insana xidmət edən "Kaiser Permanente"nin işçiləridir.

Qeyd olunur ki, tətillər xəstəxanaya qəbul və "təcili olmayan prosedurlar"la bağlı problemlər yarada bilər.

Qeyd edək ki, etiraz edənlər əsasən tibb bacıları, xəstə baxıcıları, təcili tibbi yardımın mütəxəssis və texniki işçiləridir. Hələ yaydan onlar minimum əməkhaqqının saatda 25 dollar müəyyən edilməsini və hər il artırılmasını tələb ediblər. Lakin "Kaiser Permanente" rəhbərliyi həkimlərin tələblərinə məhəl qoymayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.