Daha bir böyük COVID pandemiyasının vaxtı açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyada 2020-2022-ci illərdə baş vermiş pandemiyaya bənzər böyük koronavirus infeksiyasının pandemiyasının yaranması yalnız immunitetə malik nəslin getməsi ilə mümkündür. Rusiya Dövlət Elmi "Vektor" Mərkəzinin molekulyar virusologiya şöbəsinin rəhbəri Valeri Loktyev "Openbio" forumundan kənar müzakirələr zamanı bildirib ki, böyük pandemiyasız dövr təxminən 30 il çəkəcək.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, koronavirus infeksiyası ilə mübarizə üzrə federal əməliyyat qərargahı bir gün əvvəl Rusiyada son həftədə COVID-ə yoluxma hallarının 22,3%, xəstəxanaya yerləşdirilənlərin sayının isə 18% artdığını bildirmişdi. Rusiya Federasiyasının 47 regionunda xəstəxanaya yerləşdirilənlərin sayında artım, 74 regionda isə xəstələnmə hallarının artması qeyd edilib.
"Çox güman ki, yeni ciddi koronavirus pandemiyaları immuniteti olan bu nəsil bitdikdən sonra yaranacaq. Yəni böyük pandemiyalar kifayət qədər uzun - onilliklərlə fasilələrlə qeydə alınıb. Lakin burada vəziyyəti ağırlaşdıran bir hal var. İlk koronavirus epidemiyası 2003-cü ildə, növbətisi isə 2020-ci ildə baş verib. Aralarında 17 il var. Amma 2003-cü ildə genişmiqyaslı epidemiya olmadı, ona görə də indi, məncə, sakit 30 illiyimizi yaşayırıq", - deyə o bildirib.
Loktyev izah edib ki, adətən pandemiyalar arasındakı bu müddət insan ömrünün yarısına bərabərdir, qrip virusu üçün bu müddət 57 ildir. Alim əlavə edib ki, koronavirus infeksiyası artıq mövsümi infeksiyaya çevrilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)





