Dünya

Bu qadının ən böyük arzusu kor olmaq idi, oldu - FOTO

22 Sentyabr 2023 19:13
Baxış: 2 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Karolinadan olan 21 yaşlı Jewel Şupinq uşaqlıqdan kor olmaq arzusunda olub. Gənc qız bu arzusunu gerçəkləşdirmək üçün gözlərinə kimyəvi maddə töküb. 

Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ-ın  Şimali Karolina ştatında yaşayan 21 yaşlı Jewel Şupinq uşaqlıqdan bəri kor olmaq arzusunda olub. Gənc qız gözlərinə domestos tökərək özünü kor edib. Gözləri zədələnən Şupinq həkimlərin bütün cəhdlərinə baxmayaraq görmə qabiliyyətini itirib.

Şupinq həmin an gözləri və dərisi yansa da,sevincindən qışqırdığını deyib.

Qeyd edək ki, telekanalların birində Şupinq bu etdiklərinin psixoloji problemlərindən irəli gəldiyini vurğulayıb. 

"'Əlil olmaq istəyi ilə səciyyələnən pozğunluq və ya əlil olmamaqdan qaynaqlanan sıxıntı" problemi səbəbiylə belə bir yola əl atdığını söyləyən Şupinq, etdiyi hərəkətlərdə özünü günahlandırmadığını və heç kimin onu günahlandırmamalı olduğunu da əlavə edib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.