Dünya

Bu ölkə benzin və dizelin ixracını dayandırır

21 Sentyabr 2023 16:36
Baxış: 946

Rusiya hökuməti daxili bazarı sabitləşdirmək üçün benzin və dizelin ixracına müvəqqəti məhdudiyyət tətbiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, müvəqqəti məhdudiyyətlər yanacaq bazarını təmin etməyə kömək edəcək ki, bu da öz növbəsində istehlakçılar üçün qiymətləri aşağı salacaq.

"Əvvəl yanacaq bazarında vəziyyəti sabitləşdirmək üçün hökumət birjaya avtomobil benzini və dizel yanacağının tədarükü standartlarını artırıb. Həcmlərin operativ tənzimlənməsi ilə kənd təsərrüfatı istehsalçılarının ehtiyacları üçün yanacaq alışlarının monitorinqi də təşkil edilib", - deyə məlumatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics