Dünya

ABŞ Gürcüstanda hərbi baza yaradır? - RƏSMİ AÇIQLAMA

14 Sentyabr 2023 08:15
Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ hökuməti Gürcüstan ərazisində öz hərbi bazasını qurmağı planlaşdırmır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Amerikanın Tbilisidəki səfirliyinin saytında məlumat verilib.

Belə ki, diplomatik missiya Vaşinqtonun Gürcüstan ərazisində hərbi baza tikmək niyyətində olduğu barədə bir sıra KİV-lərin bəyanatlarını şərh edib.

Eyni zamanda, ABŞ nümayəndələri qeyd ediblər ki, hər iki dövlət müdafiə sahəsində əməkdaşlığa dair keçmiş sazişlərə sadiq qalmaqda davam edir.

Vurğulanıb ki, ABŞ-Gürcüstan münasibətləri uyğunluğun artırılmasına, sonrakı təcavüzün qarşısını almaq və onun suverenliyini qorumaq üçün Gürcüstanı dəstəkləməyə əsaslanmaqda davam edir ki, bu da Gürcüstanı NATO üzvlüyünə daha yaxşı hazırlayır.

Sentyabrın 12-də "Mtavari Arkhi" telekanalı öz mənbələrinə istinadən bildirib ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Gürcüstan hökumətinə ölkədə Amerika hərbi bazasının yaradılmasını təklif edib və bundan imtina edilib. Telekanalın məlumatına görə, bu, idarə rəisinin 2021-ci ildə Tbilisiyə səfəri zamanı baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.