Dünya

"Sputnik Moldova"nın rəhbəri ÖLKƏDƏN QOVULDU

13 Sentyabr 2023 10:48
Baxış: 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sputnik Moldova"nın rəhbəri Vitali Denisov Kişinyovdan deportasiya olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Sputnik Moldova"nın "Telegram" kanalına istinadən xəbər verir.

Qeyd olunub ki, Moldovanın miqrasiya xidmətinin əməkdaşları Vitali Denisovu avtomobilə mindirərək deportasiya barədə qərarla aeroporta aparıblar. Ona ölkəyə girişinə 10 illik qadağa qoyulduğuna dair göstəriş təqdim olunub.

Moldova hakimiyyəti Vitali Denisovun ölkənin milli təhlükəsizliyini təhdid edən fəaliyyət həyata keçirmək niyyətində olduğunu açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.