Dünya

Avropaya sığınacaq üçün müraciət edənlərin sayı artıb

10 Sentyabr 2023 09:37
Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-cü ilin ilk yarısında Avropa İttifaqına üzv ölkələrə, həmçinin Norveç və İsveçrəyə sığınacaqla bağlı 519 min nəfər müraciət edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Avropa İttifaqı Sığınacaq Agentliyi məlumat yayıb. Qurum hesab edir ki, ilin sonunadək rəqəm 1 milyonu keçəcək.

Qurumun hesabatında göstərilir ki, müraciət edənlərin sayı ötən illə müqayisədə 28% çoxdur. Artımın səbəbi bir çox ölkədə siyasi, iqtisadi və ekoloji vəziyyətin pisləşməsidir. Say çoxluğuna görə ilk sıralarda Suriya, Əfqanıstan, Venesuela və Kolumbiya gəlir. Ümumi müraciətlərin 44%-i sözügedən ölkələrin payına düşür.

Müraciət sayı ölkələr arasında qeyri-bərabər bölünüb. İddiaçıların 30%-i Almaniyaya, 17%-i İspaniyaya, 16%-i isə Fransaya müraciət edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.