Dünya

Nigerdəki üsyançılar beynəlxalq təşkilatların fəaliyyətini dayandırdılar

1 Sentyabr 2023 08:30
Baxış: 790
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nigerdə üsyançılar tərəfindən yaradılan keçid hökumətinin Daxili İşlər Nazirliyi beynəlxalq təşkilatların və QHT-lərin əməliyyat zonalarında fəaliyyətini dayandırmaq barədə göstəriş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.

"Təhlükəsizlik vəziyyəti və Niger Silahlı Qüvvələrinin hazırkı əməliyyat hazırlığı ilə əlaqədar nazirlik ölkədə mövcud olan beynəlxalq təşkilatları, milli və beynəlxalq QHT-ləri və BMT-yə bağlı qurumları məlumatlandırır ki, onların bütün fəaliyyət və hərəkətləri əməliyyat zonalarında müvəqqəti olaraq dayandırılıb", - AFP agentliyi bildirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.