Dünya

İran 1980-ci ildə çevriliş hazırladığına görə ABŞ-dən təzminat tələb edir

26 Avqust 2023 23:28
Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tehran məhkəməsi 1980-ci ildə yeni qurulmuş İran İslam Respublikasına qarşı çevriliş planlaşdırdığına görə Amerika Birləşmiş Ştatlarından 330 milyon dollarlıq təzminat tələb edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi İRNA məlumat yayıb.

Təzminat işi ötən il çevriliş qurbanlarının ABŞ hakimiyyət orqanlarına qarşı məhkəməyə verdiyi şikayət əsasında açılıb.

Məhkəmə ABŞ hökumətini iddiaçılara maddi və mənəvi ziyan vurmaqda təqsirli bilib və ona 30 milyon dollar təzminat ödəməyə qərar verib. Bundan əlavə, məhkəmə 300 milyon dollar məbləğində cəza sanksiyaları tətbiq edib.

Bildirilir ki, 1980-ci ildə İranda hərbçilərin iştirakı ilə dövlət çevrilişinə cəhd, Ayətullah Xomeyninin iqamətgahına hava zərbəsi endirmək və daha sonra İranın qalan hissəsini ələ keçirmək planlaşdırılıb. Sui-qəsdçilər Qərbi Həmədan əyalətindəki Şəhid Nozhe aviabazasında ifşa edilib. Lakin ABŞ çevriliş cəhdində iştirakını heç vaxt təsdiqləməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.