Ermənistan Müdafiə Nazirliyinin çağırış və səfərbərlik xidmətinin rəisi Armen Avtandilyan vəzifəsindən uzaqlaşdırılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan A. Avtandilyanı vəzifəsindən azad edib.
Bəzi erməni mənbələrində onun adının vəzifəsindən sui-istifadə etmə və korrupsiyada hallandığı iddia olunur.
Milli.Az