Dünya

Məşhur pivə istehsalçısı Rusiyadakı biznesini bir avroya satdı - FOTO

25 Avqust 2023 17:29
Baxış: 1 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pivə istehsalçısı olan "Heineken" şirkəti Rusiyadakı aktivlərini, o cümlədən yeddi pivə zavodu və 1 800 işçisini simvolik qiymətə - bir avroya satıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə şirkətdən məlumat verilib.

"Heineken" Rusiyadakı biznesinin satışını təxminən bir avro dəyərində simvolik məbləğ üzrə  rəsmiləşdirdi", - deyə alkoqol istehsalçısının rəsmi saytında bildirilib.

Əlavə edilib ki, biznesin tərkibinə yeddi pivə zavodu və 1 800 işçi daxildir. Satış Rusiyanın qablaşdırma və kosmetika şirkəti olan "Arnest Group" şirkəti ilə həyata keçirilib. Həmçinin vurğulanıb ki, bu razılaşma 18 aylıq danışıqlardan sonra tamamlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.