Dünya

Priqojinin öldüyü qəzanın görüntüləri: fakt üzə çıxdı - FOTO

24 Avqust 2023 07:34
Baxış: 8 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayan şəxsi təyyarənin qalıqlarındakı dəliklər biznes-jetin vurulduğu ehtimalını gücləndirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "CaucasianLive" kanalı fotolar paylaşıb.

Bildirilib ki, bu dəliklərin zenit sistemlərindən açılan atəş nəticəsində yarandığı iddia edilir.

Qeyd edək ki, Moskvadan Sankt-Peterburqa gedən şəxsi təyyarə Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 3 ekipaj üzvü və 7 sərnişinin hamısının öldüyü bildirilir.

"Rosaviasiya" Priqojin və onun sağ əli, "Vaqner"in komandirlərindən olan Dmitri Utkinin qəzaya uğrayan təyyarədə olduğunu təsdiqləyib.

Şahidlərin sözlərinə görə, təyyarə qəzaya uğramazdan öncə iki dəfə güclü partlayış səsi eşidilib. Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu da iddia edilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.