Dünya

Yaponiyadan Ukraynaya 7 milyard dollarlıq yardım

23 Avqust 2023 20:45
Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna paytaxtı Kiyevdə keçirilən beynəlxalq Krım platformasının 3-cü sammitində onlayn çıxış edən Yaponiyanın Baş naziri Fumio Kisida Kiyevə 7 milyard ABŞ dollarına qədər yardım ediləcəyini açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.

"Yaponiya ehtiyacdan asılı olaraq daim Ukraynanı 7 milyard ABŞ dollarına qədər müxtəlif yardımlarla təmin edəcək", - o deyib.

Bundan əlavə, Yaponiya yardım göstərmək üçün müharibədən sonrakı bərpa və fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə təcrübə və bacarıqlarından istifadə edəcək.

Kisida Yaponiyanın, Krım da daxil olmaqla, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəklədiyini və G-7 ölkələri də daxil olmaqla, beynəlxalq ictimaiyyətlə yaxından işləməyə və Ukraynaya davamlı dəstək verməklə Rusiyaya qarşı sanksiyalara qoşulmağa davam edəcəyini bir daha vurğulayıb.

"Mən bu ilin martında Kiyev və Buçaya səfər etdim və öz gözlərimlə faciənin şahidi oldum. Bu, mənim Rusiyanın Ukraynaya təcavüzünün beynəlxalq nizamın əsaslarını aşan fövqəladə hal olduğuna əminliyimi təsdiq etdi", - o söyləyib.

Kisida vurğulayıb ki, Yaponiya sülhü təmin etmək və onu yenidən gözəl Ukrayna torpağına qaytarmaq üçün Ukrayna xalqının tərəfindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.