Dünya

Rusiyada yenə hərbi komissarlığı yandırmaq istədilər

14 Avqust 2023 07:54
Baxış: 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada növbəti dəfə hərbi komissarlığın yandırılmasına cəhd olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, budəfəki hadisə Sverdlovsk vilayətində baş verib.

Belə ki, Polevskoy şəhərinin sakini yandırıcı məhlulun olduğu butulkanı yerli komissarlığın qapısına atıb. Qapı alışsa da, dərhal mühafizəçilər tərəfindən söndürülüb.

Yanğını törədən ərazidən qaçmağa çalışıb, lakin yaxalanıb. Onun 45 yaşlı yerli sakin Vladimir V. olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.