Dünya

Bu ölkə Ukraynaya silah verməkdən imtina etdi

12 Avqust 2023 11:51
Baxış: 1 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə aydır ki, ABŞ hakimiyyəti Misirdən Ukraynaya silah tədarük etməyə çalışır, lakin Qahirə təzyiqlərə boyun əymir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, əvvəlcə ABŞ-nin müdafiə naziri Lloyd Ostin mart ayında Ukraynaya artilleriya mərmiləri, tank əleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri və digər silahların təhvil verilməsi xahişi ilə Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə müraciət edib. Daha sonra şəxsi söhbətlərdə Misir hökuməti Ukrayna Silahlı Qüvvələrinə silah tədarük etməyi planlaşdırmadıqlarına aydınlıq gətirib.

İki ölkənin nümayəndələri bu məsələ ilə bağlı danışıqların aparılması ilə bağlı dərc edilən məlumatı təsdiqləməyiblər.

Qeyd edək ki, iyulun sonunda Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika sammitinin plenar iclasında ölkəsilə Misir arasında münasibətlərin strateji xarakter daşıdığını bildirib. O, siyasətdə və iqtisadiyyatda böyük ortaq layihələri xatırladıb.


Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.