Dünya

De Bruyne komanda yoldaşlarına bahalı smartfon hədiyyə etdi - FOTO

12 Avqust 2023 15:51
Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kevin de Bruyne "Mançester Siti" təmsilçiləri üçün platin "iPhone"lar sifariş edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yarımmüdafiəçi komanda yoldaşlarına ötən mövsüm trebl qazanılması şərəfinə xüsusi hazırlanmış smartfonlar bağışlayıb.

Ümumilikdə belçikalı futbolçu dizaynı "iDesign Gold" brendi tərəfindən hazırlanmış 26 "iPhone" alıb. Hər belə telefonun qiyməti beş min funtdur (təxminən 10 800 manat).

Hədiyyə komandanın baş məşqçisi Pep Qvardiola və klubun sahibi Şeyx Mənsura da verilib.

Bütün telefonların üzərində alıcıların adları və "Mançester Siti" loqosu həkk olunub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.