Dünya

“Bu, Kiyev üçün ən dəhşətli ssenari olacaq”

12 Avqust 2023 08:08
Baxış: 1 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukrayna silahlar almağa davam edərsə, hücumlar və hərbi əməliyyatlar dayanmazsa, bu, Ukraynanın uğursuz dövlətə çevrilməsi ilə nəticələnəcək".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin bildirib.

Kelinin fikrincə, bu, Kiyev üçün ən dəhşətli ssenari olacaq, çünki Ukraynanı bərpa edəcək heç kim olmayacaq.

Səfir həmçinin qeyd edib ki, Moskva Ukrayna münaqişəsinin həlli istiqamətində bütün ölkələrin, o cümlədən Afrika ölkələrinin səylərini yüksək qiymətləndirir. Bununla belə, Kelinin sözlərinə görə, hələlik böhran vəziyyətinin həllinə kömək edəcək real təşəbbüs yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.