Dünya

“Taliban” amulet satanları həbs edəcək

10 Avqust 2023 00:17
Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" hərəkatı amulet (talisman) satışına qarşı reydlərə başlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumatı Əfqanıstanda yaradılan Yaxşılıqları təşviq etmə və qadağalardan çəkindirmə nazirliyinin başçısı Məhəmməd Sadiq Akif də təsdiq edib.

O qeyd edib ki, mübarizə birbaşa amuletə qarşı yox, onun satışı ilə məşğul olan tacirlərə qarşı həyata keçiriləcək.

Məlumat üçün əlavə edək ki, "Taliban" Əfqanıstanda sehrbazlıqla məşğul olanlara qarşı da mütəmadi reydlər keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.