Dünya

Əlində bıçaq olan kişi özünü 26-cı mərtəbədən atdı - Polisdən qaçırmış

9 Avqust 2023 09:09
Baxış: 1 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya paytaxtı Moskvada intihar hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, çılpaq olan və əlində bıçaq tutan kişi onun qapısını döyən polislərdən qaçmaq üçün özünü 26-cı mərtəbədən atıb.

Hadisə Moskvanın Mira prospektində yerləşən "Trikolor" yaşayış kompleksində baş verib. Faciədən az əvvəl mərhumun olduğu mənzildə səs-küy yarandığı üçün qonşular polisə müraciət ediblər. Polis qapını döyərkən kişi pəncərəni sındırmağa başlayıb. Daha sonra özünü 26-cı mərtəbədən aşağı atıb.
Ölən şəxsin 30 yaşının olduğu bildirilir. Təfərrüatlar dəqiqləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.