Dünya

Ukraynada səhiyyə xidməti göstərən şəxslər körpələri xarici ölkələrə satıblar - FOTO

3 Avqust 2023 20:20
Baxış: 1 093
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları Kiyev və Xarkovdakı tibb klinikalarında surroqat analar tərəfindən doğulan uşaqların əcnəbilərə satılması ilə bağlı cinayət sxemini ifşa ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.

Qeyd olunur ki, cinayət sxeminin təşkilatçıları tibbi klinikanın rəhbərliyi, klinikanın menecerləri, həkimlər və inzibatçılar olublar.

Cinayətkar qrup yeni doğulan uşaqların surroqat analığın qadağan olunduğu ölkələrdə yaşayan xarici vətəndaşlara pul mükafatı müqabilində satışını həyata keçirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.