Dünya

"Disney Plus" erməni lobbisinə boyun əydi - Atatürk serialı...

1 Avqust 2023 00:36
Baxış: 884
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Erməni lobbisinin təzyiqi ilə "Disney Plus" platforması 6 seriyadan ibarət olan Atatürk serialını bu il oktyabrın 29-da yayımlamayacaq.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.

Mənbə yazır ki, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə təsadüf edən serial yenidən bədii filmə çevriləcək və noyabrın 3-də yalnız Türkiyə kinoteatrlarında nümayiş olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Amerika Erməni Milli Komitəsi (ANCA) "Disney"i müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün həyatından bəhs edən serialı yayımlamamağa çağırmışdı.

Xatırladaq ki, "Disney Plus" serial üçün 8 milyon dollar xərcləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.