Dünya

Adnan Oktarın təşkilatını Rusiya maliyyələşdirib? - ŞOK AÇIQLAMA

30 İyul 2023 07:00
Baxış: 2 198
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özünü "din adamı" kimi qələmə verən Adnan Oktarın rəhbərlik etdiyi cinayətkar təşkilatın üzvlərindən biri Orkun Şimşək onları maliyyələşdirən ölkənin adını açıqlayıb.

Milli.Az Unikal-a istinadən xəbər verir ki, Şimşəyin sözlərinə görə, Oktarın təşkilatının əsas pul mənbəyi Rusiya olub.

Orkun Şimşək başda Rusiya olmaqla təşkilatın maliyyə qaynaqlarının təmin edildiyi ölkələrdə strukturu, turniket sistemi və təşkilatın həbsxanadan necə idarə edildiyi haqqında vəkillər vasitəsilə məhkəməyə məlumat verib.

Qeyd edək ki, Adnan Oktara və 14 nəfərə ümumilikdə 8 min 658 il həbs cəzası verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.