Dünya

Rusiyalı səfir Polşa XİN-ə çağırıldı - Putinin sözlərinə görə

22 İyul 2023 18:58
Baxış: 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Rusiya Prezidenti Vladimir Putinin Polşa ilə bağlı sözlərinə görə Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib.

"Görüş çox qısa olub", - deyə o əlavə edib.

Xatırladaq ki, cümə günü Putin Təhlükəsizlik Şurası ilə iclasda deyib ki, məhz Sovet İttifaqı və Stalinin mövqeyi sayəsində Polşa Qərbin və Almaniyanın torpaqlarının yetərincə hissəsini alıb. Rusiyalı lider, həmçinin bildirib ki, indi Polşa təkcə Ukraynanın deyil, həm də Belarus torpaqlarını almaq istərdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.