Dünya

Rus səfiri Putinin sözlərinə görə XİN-ə çağırılacaq

22 İyul 2023 08:06
Baxış: 1 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinin sovet diktatoru İosif Stalinlə bağlı bəyanatlarından sonra rus səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Polşa Baş naziri Mateuş Moravetski bildirib.

"Tarixi həqiqət şübhəyə yer qoymur. Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq", - baş nazir vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Polşanın Stalinin mövqeyi sayəsində çoxlu torpaqlar əldə etdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.