Dünya

Rusiya bu istiqamətdə 100 min əsgər toplayıb

18 İyul 2023 18:26
Baxış: 1 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rus işğalçıları Liman-Kupyansk istiqamətində 100 mindən çox əsgər toplayıb.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatıy deyib.

"Liman-Kupyansk istiqamətində düşmən çox güclü dəstə - 100 mindən çox şəxsi heyət, 900-dən çox tank, 550-dən çox artilleriya sistemi və 370 reaktiv yaylım atəş sistemi cəmləşdirib", - Çerevatıy bildirib.

O, müqayisə üçün deyib ki, Əfqanıstanda müharibənin pik dövründə Sovet qoşunlarının 120 min şəxsi heyəti var idi.

Çerevatıy qeyd edib ki, "Z" adlandırılan hücum bölmələri Liman-Kupyansk istiqamətində cəmləşdirdilib.

Natiq vurğulayıb ki, ruslar Ukrayna müdafiəsini yarıb keçmək niyyətindədirlər.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski də rus ordusunun Kumyansk istiqamətində Ukrayna ordusunu darmadağın etmək üçün hücuma keçdiyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.