Dünya

“Vaqner”çilər Mərkəzi Afrika Respublikasını tərk edirlər, rəsmilər bunu rotasiya adlandırır

9 İyul 2023 09:39
Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) yüzlərlə muzdlusu Mərkəzi Afrika Respublikasını (MAR) tərk ediblər. Ölkədə isə bunun sadəcə rotasiyanın bir parçası olduğunu bildiriblər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Hərbi mənbənin bildirdiyinə görə, "Vaqner" ÖHŞ-nin yüzlərlə muzdlusu Afrika ölkəsini tərk edib. Lakin MAR Prezidentinin mətbuat katibi Albert Yaloke Mokpem bunun "yekun tərketmə yox, rotasiya" olduğunu diqqətə çatdırıb.

"Biri gedib, digəri gələcək", - o vurğulayıb.

Ölkədə neçə rusiyalı muzdlunun qaldığı hələlik bəlli deyil. Orada 1 900-ə yaxın şəxsin fəaliyyətdə olduğu güman edilir.

Qeyd edək ki, "Vaqner" ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda "Putinin aşpazı" kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.

2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında "Vaqner" ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı (Aİ) qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa "Vaqner" muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.

Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.