Dünya

Cənubi Afrika kralı xəstəxanalıq oldu

3 İyul 2023 09:29
Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zulu kralı, 48 yaşlı Misuzulu KaZvelitini zəhərlənmə şübhəsi ilə təcili xəstəxanaya çatdırılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu kral ailəsi administrasiyasının rəhbəri şahzadə Manqosutu Buthelezi bildirib.

"Kralı ziyarət edən müşavir Xaba qəflətən zəhərlənmə şübhəsi ilə ölüb. Eyni zamanda, onun da zəhərlənə biləcəyindən şübhələndiyimiz kral xəstələnib. O, dərhal Esvatinidə həkimə müraciət edib", - məlumatda deyilir.

Bildirilir ki, Kazvelitini hazırda həkim nəzarətindədir və özünü yaxşı hiss edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.