Dünya

Şiddətli döyüşlər gedir: Ukrayna ordusu irəliləyir

30 İyun 2023 12:49
Baxış: 1 309
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna ordusu bir neçə istiqamətdə hücum əməliyyatlarını davam etdirərək cənubda və Baxmut yaxınlığında irəliləyir.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahının spikeri Andrey Kovalev məlumat verib.

Kovalevin sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatlarını davam etdirir və müdafiəçilər qismən uğur əldə edib:

"Baxmut şəhərinin cinahlarında isə qoşunlarımız düşmənə təzyiqləri davam etdirir və onları əvvəllər ələ keçirilən xətlərdən çıxarır. Onların uğurları var, əldə edilmiş mövqelərdə möhkəmləniblər. Düşmən müqavimət göstərir və böyük itki verir. Bu istiqamətdə şiddətli döyüşlər davam edir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.