Dünya

ABŞ-da Ermənistanın hərbi təxribatlarına qarşı aksiyası...

30 İyun 2023 14:26
Baxış: 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vaşinqtonda yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına qarşı etiraz aksiyası keçiriblər.

Milli.Az Report-a istinadən xəbər verir ki, soydaşlarımız əllərində Azərbaycan və Türkiyə bayraqları, ingilis dilində şüarlar yazılmış plakatlarla Ermənistanın ABŞ-dakı səfirliyinin binasının önündə toplaşıblar.

Aksiya iştirakçıları "Qarabağ Azərbaycanındır", "Ermənistan əsgəri Azərbaycan torpaqlarını tərk etməlisən!", "Ermənistan müharibə cinayətkarıdır", "Müharibəyə son" şüarları səsləndirib, qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb ediblər.

Şüarlarda bölgədə sülhün bərqərar olmasına əngəllər yaradan Ermənistanın dünya ictimaiyyəti tərəfindən qınanılması tələb olunub.

İki saat davam edən aksiya zamanı ABŞ polisi həmvətənlərimizin təhlükəsizliyini qoruyub. Aksiya insidentsiz başa çatıb.


Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.