Dünya

"Vaqner" çox yaxşı döyüşürdü - Ukrayna kəşfiyyatı

27 İyun 2023 08:54
Baxış: 1 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna kəşfiyyatı "Vaqner" yaraqlılarının nizami Rusiya ordusundan daha yaxşı döyüşdüyünü bildirib. Yevgeni Priqojin muzdlularını cəbhədən geri çəkdi, bu, ruslar üçün böyük itkidir. Vaqnerçilərin üstünlüyü ciddi nizam-intizam idi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna kəşfiyyatının keçmiş əməkdaşı, Gələcək İnstitutunun eksperti İvan Stupak deyib.

Onun sözlərinə görə, vaqnerçilər öz liderləri Priqojinə qarşı çox itaətkar olublar:

"Vaqner" muzdluları Rusiyaya cəbhədə ən azı müəyyən nəticə verən yeganə böyük hərəkətverici qüvvədir. Ağır itkilərə baxmayaraq, onlar irəliləməyə davam etdilər. Qəddar intizamları var. Priqojin onları özünə tabe etdi, kim tabe olmadı, onu vurdu. Qaydaları pozanlar güllələndi. Aldadanları döyürdülər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.