Dünya

Ukrayna ordusu üçün ən təhlükəli rus silahı...

24 İyun 2023 09:49
Baxış: 1 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın əks-hücumuna əsas maneə Rusiyanın "Alliqator" kimi tanınan Ka-52 helikopterləri olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu cəbhə xəttinə səfər edən "Bild" nəşrinin baş redaktorunun müavini Pol Ronzeymer deyib.

Ukrayna əsgərlərindən birinin jurnalistə verdiyi məlumata görə, ruslar 8 km məsafədən helikopterlərdən hücum edir, lakin ukraynalı əsgərlərin bu qədər məsafədə onlara qarşı istifadə edəcək heç bir şeyi yoxdur.

"Bu, Ukraynanın əks-hücumunda özünü göstərən əsas problemlərdən biridir: kifayət qədər hava hücumundan müdafiə sistemi, şəxsi aviasiya yoxdur.

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğurlu və ya uğursuz olacağını söyləmək hələ tezdir", - Ronzeymer vurğulayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.