Dünya

Uçurumdan suya tullanan qız daşlara çırpıldı - VİDEO

20 İyun 2023 18:58
Baxış: 1 468
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada istirahət edən avstraliyalı turist qayadan dənizə tullanmaq qərarına gəlib və daşlara çırpılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə "Daily Mail"in yayımladığı videoya göstərilib.

Qəzanın Furore Fjord körfəzində baş verdiyi bildirilir. Hadisə şahidlərinin kamerasına düşən görüntülərdə qızın uçurumun kənarında necə tullanmaq istəyərək dayandığını, əksinə yerə yıxılaraq daşlara çırpıldığını görmək olar. Yanında duran kişi onun əlindən tutmağa çalışsa da, tuta bilməyib.

Zərərçəkmişi təcili yardıma çatdırmaq bir saat çəkib. Hazırda qız xəstəxanadadır, vəziyyəti barədə məlumat verilmir.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.