Dünya

Çin Britaniyanı hədələdi: Belə davam etsə...

19 İyun 2023 09:05
Baxış: 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın təhlükəsizlik üzrə daxili işlər naziri Tom Tugendhatın Tayvanın rəqəmsal naziri Odri Tan ilə görüşü London tərəfindən beynəlxalq münasibətlər normasının pozulmasıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Çinin Böyük Britaniyadakı səfirliyi məlumat yayıb.

"Britaniya Tayvan bölgəsindən olan müəyyən şəxsin Böyük Britaniyaya səfər etməsinə icazə verib və müvafiq məmurun həmin şəxslə görüşməsini təşkil edib. Bu hərəkət "Vahid Çin" prinsipinin və beynəlxalq münasibətlərin əsas normalarının ciddi şəkildə pozulmasıdır", - məlumatda bildirilir.

Çin səfirliyi Londonu bu kimi təmasları dayandırmağa çağırıb, əks halda Pekin müəyyən tədbirlər görəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.