Dünya

Yeni terminal iyul ayının 20-də istifadəyə veriləcək – Cevdet Yılmaz

18 İyun 2023 22:56
Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Kipr Türk Respublikasındakı (KKTC) Ercan Hava Limanının yeni terminalı iyul ayının 20-də istifadəyə veriləcək.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.

Qeyd edək ki, KKTC Baş naziri Ünal Üstel, Türkiyənin Lefkoşa səfiri Metin Feyzioğlu vitse-prezident Cevdet Yılmazı müşaiyət ediblər.

"Rəcəb Tayyib Ərdoğan ötən günlərdə baş tutan səfəri zamanı bu layihənin tamamlanmalı olduğunu çox açıq şəkildə ifadə edib", - deyə Yılmaz qeyd edib.

O bildirib ki, terminal binasında araşdırmalar apararaq, bəzi texniki məsələlər üzrə görüşlər keçiriləcək.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk səfərini KKTC-yə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.