Dünya

Putin və Ərdoğan RAZILIĞA GƏLDİ - Müharibə başlayandan sonra İLK DƏFƏ!

17 İyun 2023 08:01
Baxış: 1 669
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Kremlin xarici siyasət müşaviri Yuri Uşakovun sözlərinə görə bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin razılığa gəliblər.

Uşakov səfər tarixinin hələ müəyyən edilmədiyini bildirib: "Bu məsələ ilə bağlı prezident Ərdoğandan dəvət var. Putin və Ərdoğan səfərin tezliklə baş tutacağına dair razılığa gəliblər. Lakin hələlik dəqiq tarix deyilməyib".

Putinin Türkiyəyə səfəri Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya hücumlara başladıqdan sonra onun NATO ölkəsinə edəcəyi ilk səfər olması baxımından önəmlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.