Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətini atəşə tutması nəticəsində həmin vaxt avtomobillə hərəkət edən Dövlət Meşə Təsərrüfatı Agentliyinin əməkdaşları həlak olub.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Sumı Regional Hərbi Administrasiyasının teleqram səhifəsində bildirilib.
Məlumata görə, gün ərzində Ukrayna regionunda 101 partlayış qeydə alınıb. Xotin, Miropolskaya, Belopolskaya, Znob-Novqorodskaya, Seredino-Budskaya, Esmanskaya, Novoslobodskaya və Velikopisarevskaya icmaları atəşə tutulub.
"Belopolye şəhərindəki uşaq evinə - internat məktəbinə artilleriya zərbələri endirilib. Orada olan 135 uşağın həyatı üçün böyük təhlükə var idi. İnternat işçiləri və xilasedicilər uşaqları təxliyə ediblər", - Sumı hərbi vilayət administrasiyasının rəhbəri Vladimir Artyux məlumat verib.
Milli.Az