Dünya

Rus səfirdən ermənilərə xəbərdarlıq: Ukraynaya baxın!

10 İyun 2023 17:24
Baxış: 1 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya sülhməramlılarının Qarabağda alternativi bugünkü gündə yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni mediasına müsahibəsində deyib.

O bildirib ki, Rusiya sülhməramlıları, tənqidlərə baxmayaraq, öz vəzifələrini yerinə yetirirlər:

"Söhbət təhlükəsizliyin təmini, Qarabağda erməni sakinlərin yaşamına şərait yaratmaq, genişmiqyaslı eskalasiyanın qarşısını almaqdan gedir. Bu rol icra edilir. Və mən Qarabağda bu rolu əvəz edəcək başqa qüvvə görmürəm".

Kopırkin qeyd edib ki, gələcəkdən danışırıqsa, o zaman bəzi qüvvələrin yeridilməsi üçün bütün tərəflərin razılığı lazımdır:

"Bundan əlavə, mövcud təcrübəni nəzərə alaraq, müxtəlif beynəlxalq və digər strukturların sülhməramlı imkanları ilə bağlı eyforiyaya qapılmaq olmaz. Xüsusilə, Ukrayna, Yuqoslaviya təcrübəsi var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.