Dünya

Çörçillin yarımçıq çəkilmiş siqarı hərraca çıxarıldı - FOTO

2 İyun 2023 00:18
Baxış: 1 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyada ingilis siyasi və dövlət xadimi, yazıçı Uinston Çörçillin yarımçıq çəkilmiş siqarı hərraca çıxarılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hərrac iyunun 16-da baş tutacaq. Lot isə 600-800 funt sterlinq (680-1,1 min dollar) dəyərində qiymətləndirilir.

Çörçill 1944-cü il avqustun 29-da Britaniyanın Mərakeşin paytaxtındakı diplomatik nümayəndəliyində onun şərəfinə təşkil edilən şam yeməyindən sonra siqarı baş konsul Hyu Stonhiver-Berdə təqdim edib. Hyu Stonhiver-Berd isə suveniri möhürlənmiş şüşə qaba qoyub. O, 1973-cü ildə 81 yaşında vəfat edənə qədər bu hədiyyəyə böyük həssaslıq və diqqətlə yanaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.