Dünya

Çavuşoğlunun tələbinə İrəvandan cavab

9 May 2023 23:59
Baxış: 1 681
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrəvan hakimiyyəti "Nemezis" abidəsini sökmək niyyətində deyil.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun erməni xidmətinə İrəvan meriyasından bildirilib.

Qeyd edək ki, türk və azərbaycanlı diplomatları qətlə yetirməklə məşğul olan "Nemezis" terror hərəkatına İrəvanda abidə qoyulduqdan sonra Türkiyə Ermənistan üçün hava məkanını bağlayıb. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu isə "Nemezis" abidəsinin sökülməyəcəyi təqdirdə rəsmi Ankaranın əlavə tədbirlər görəcəyini də elan edib.

Ermənistan Baş naziri Nikol Paşinyan bu məsələdə Türkiyənin mövqeyini doğru hesab etsə də, "satqın adlandırılmaqdan qorxduğu üçün" bu abidənin qoyulmasına qarşı çıxa bilmədiyini demişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.