Dünya

Arvadının evini yardı, polislər şokda - hadisə anı - VİDEO

9 May 2023 14:20
Baxış: 1 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə qəribə oğurluq hadisəsi olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Şanlıurfada Ceynlanpınar qəsəbəsində baş verib. Uşaqları ilə qonaqlığa gedən Pınar H. adlı qadın evə dönərkən televizorun oğurlandığını görüb. O, bununla bağlı polisə müraciət edib.

Polis əməkdaşları təhlükəsizlik kamerası vasitəsilə oğrunun kimliyini müəyyən edərək, şoka düşüblər.

Məlum olub ki, qadının evindəki televizoru onun əri Rəşid H. dostu Cihat Ç. ilə oğurlayıb. Ərlə arvadın boşanma ərəfəsində olduqları müəyyənləşib.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.