Rusiyanın hücumu ilə başlanan Ukrayna müharibəsi vəziyyətinə, miqyasına və dağıntı dərəcəsinə görə İkinci Dünya müharibəsinin döyüş meydanlarını xatırladır.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel Avropada faşizmin məhv edilməsinin 78-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışında deyib.
"Bu gün Ukrayna özü də o vaxt qalib gələn ölkələrdən birinin - Rusiyanın təcavüz obyektidir", - Pavel bildirib.
Milli.Az