Dünya

Dəhşətli qətlin üstü 26 il sonra açıldı

30 Aprel 2023 23:45
Baxış: 1 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sankt-Peterburqun vitse-qubernatoru Mixail Maneviçin 1997-ci ildə törədilmiş qətlinin üstü FTX və Rusiya Daxili İşlər Nazirliyi tərəfindən açılıb. Cinayəti mütəşəkkil cinayətkar dəstənin üzvləri sifarişlə törədib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Sputnik Belarus" məlumat yayıb.

"Rusiyanın Federal Təhlükəsizlik Xidməti Rusiya Daxili İşlər Nazirliyi ilə birlikdə Sankt-Peterburq şəhərinin vitse-qubernatoru Mixail Maneviçin 1997-ci ildə törədilmiş qətlinin üstünü açıb. İstintaq müəyyən edib ki, cinayətdə şimal paytaxtının mütəşəkkil cinayətkar qrupunun iki üzvünün əli olub. Onlardan birinin vəzifəsi Maneviçin yaşayış yerini izləmək və vitse-qubernatorun hərəkəti haqqında məlumatı onun tərəfdaşına ötürməkdən ibarət olub. İkincisi Maneviçin olduğu maşına atəş açıb. Onun qətlini isə "Tambov" cinayətkar qrupunun rəhbəri Vladimir Barsukov (Kumarinin) sifariş verib"-, məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.