Dünya

Yeni pilotsuz sualtı gəmi sınaqdan keçirəcək

29 Aprel 2023 15:10
Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Tayvan boğazında "vəziyyəti kökündən dəyişəcək" beş pilotsuz sualtı gəmini sınaqdan keçirəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, admiral Maykl Qildey bildirib.

Qildey ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində dinləmələrdə çıxışı zamanı bununla bağlı açıqlama verib.

"Bizim ilk böyük pilotsuz sualtı gəmimiz hazırda Kaliforniya sahillərində sınaqdan keçirilir və kifayət qədər uğurla davam edir. Bundan sonra daha beş pilotsuz sualtı gəmi sınaqdan keçiriləcək. Belə sualtı gəmilər gizli şəkildə minalar qoymaq potensialına malikdir. Və bu, vəziyyəti kökündən dəyişəcək", - deyə qeyd edib.

Xatırladaq ki, Çinin ən böyük adası Tayvan 1949-cu ildən bəri öz administrasiyası tərəfindən idarə olunur, lakin Pekində vahid ölkənin ayrılmaz hissəsi hesab olunur. Vaşinqton Taypeyin əsas silah və hərbi texnika tədarükçüsü olaraq qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.