Amerikalı "YouTube" bloqeri və "Reptile Zoo Prehistoric Inc".-in qurucusu Cey Brever sosial şəbəkə hesabından əlində iki nəhəng pitonun olduğu video yayımlayıb. Az müddətdə virus sürətilə yayılan görüntülər artıq 3 milyon baxış toplayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kadrlarda bir-birinə dolaşan iki nəhəng piton əks olunub.
"Torlu pitonun nə qədər böyük böyüyə bilməsi heyrətamizdir. Özü də bunlar mənim ən böyük pitonlarımdan sadəcə bəziləridir", - deyə o bildirib.
Milli.Az